Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 3 futbolçumuzun çıxış etdiyi "Qaziantep BB" "Adanaspor"u qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Ufuk Budakla Vaqif Cavadov start heyətndə yer alıb. Ufuk 90 dəqiqə oynayıb, Vaqifi 63-cü dəqiqədə Muhammed Demirci əvəzləyib. Rəhman Hacıyev isə 75-ci dəqiqədə Sertan Vardarın yerinə meydana çıxıb.
Qeyd edək ki, "Qaziantep BB" 3 turda 3 xal qazanıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.az