Topaz Premyer Liqasının XXIV turunda "Rəvan" AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, "sarı-qırmızılılar" "Bayıl Arena"da keçiriləcək qarşılaşmanın hazırlıqlarına başlayıb.
Bazar ertəsi Qəbələdə meydana çıxanlar üçün bərpaedici məşqlər olduğundan hazırlıq tam tərkibdə baş tutmayıb. Bu gün isə komandanın bütün üzvləri bir araya gəlib. Baş məqşçi Güvənc Kurtar məşqi iki hissəyə bölüb. Əvvəlcə taktiki-texniki çalışmalarla yüklənən oyunçular sonda fiziki hazırlığa da vaxt ayırıb.
Qeyd edək ki, Hüseyn Axundov cəzasını başa vurduğundan AZAL-la oyunda Kurtarın sərəncamında olacaq. Əvəzində 3 oyun cəza alan Lukaş Sapela şüvəlanlılarla matçda forma geyə bilməyəcək. Elə zədəsini sağaltmaqla məşğul olan Tyaqo Mirasema da çox güman oynaya bilməyəcək.
Fanat.az