Almaniyanın II Bundesliqasında XXVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna" ikinci pillədə qərarlaşmış "Qreuter Fürt"ün qonağı olub.
Düsseldorf təmsilçisi səfər matçında 1:4 hesablı məğlubiyyətə üzülüb. Meydana start heyətində çıxan millimizin üzvü 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Fortuna" 27 turdan sonra 33 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.az