Tuğrul Erat yenidən əvəzedici komandada

Tuğrul Erat yenidən əvəzedici komandada

Milli komandamızın üzvü Tuğrul Erat yenidən "Fortuna"nın U-23 komandasına göndərilib. Fanat.az xəbər verir ki, ötən həftə əsas komandaya qaytarılan və II Bundesliqanın "Nürnberq"ə qarşı matçının son dəqiqələrdə meydana çıxan futbolçu yenidən Regional Liqada çıxış edib.

Belə ki, "Fortuna"nın Münhenqladbax "Borussiya"sına qarşı keçirdiyi matçın start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Matç "Borussiya"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Regional Liqanın "Qərb" zonasında çıxış edən "Fortuna"nın U-23 komandası 8 oyunda 11 xal toplayıb və 10-cu pillədə qərarlaşıb. Tuğrul 6 oyunda 540 dəqiqə oynayıb və 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər