“Fortuna” Almaniya II Bundesliqasının XXX turunda “Aalen”ə qarşı keçiriləcək oyuna hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Erat artıq məşqlərə başlayıb.
Futbolçu ötən gün fərdi məşqlə kifayətlənib. Onun qarşıdakı oyuna tam hazır olacağı məlum deyil. Erat zədə səbəbindən “Paderborn”a qarşı oynamamışdı.
Fanat.az