Tuğrul Erat oynadı, komandası darmadağın gördü

Tuğrul Erat oynadı, komandası darmadağın gördü

Almaniyanın Regional Liqasında 4-cü turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası "Aaxen"in qonağı olub.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Erat start heyətində yer alıb. Millimizin üzvü 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Fortuna" 4 turda 7 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər