Almaniyanın II Bundesliqasında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "Dinamo"nun (Drezden) qonağı olub.
Hesabı 55-ci dəqiqədə meydan sahiblərindən İdir Ouali açıb. "Fortuna" son dəqiqədə Martin Latkanın qolu ilə barəbərliyi təmin edib.
Ötən ilin sonlarından "Fortuna"nın əsas heyət oyunçusuna çevirilən Tuğrul yenə ilk dəqiqələrdən meydanda olub. Millimizin üzvü 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Fortuna" 24 oyundan sonra 32 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az