"Sumqayıt "- "İnter" oyunundan (0:1) sonra baş məşqçilər fikirlərini bildirib:
Aqil Məmmədv ("Sumqayıt"ın baş məşqçisi): "İnter" bizim üçün çətin rəqibdi. Hələ ki, “İnter”ə qalib gələ bilməmişik. İki fərqli hissə oynadıq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. “İnter” layiqli qələbə qazandı, təbrik edirəm. Məqsədimiz çempionatda “Rəvan”ı keçmək və mövsümü son pillədə başa vurmamaqdı".
Kaxaber Tsxadadze (“İnter”in baş məşqçisi): “Mövsümün əvvəlində ilk 7 oyundan 6-da məğlub olub, son pillələrdə idik. İndi isə uğurlu çıxışla 3-cü pilləyədək yüksəlmişik. Görülən işə görə komandaya minnətdaram, avrokuboklara düşmək üçün əlimizdən gələni etməliyik. Rəqib son 3 oyunda qapısından qol buraxmamışdı. “Neftçi”ni məğlub etmişdi, “Bakı” ilə oyunda azlıqda qalsa da, heç-heçə oynamışdı. “Sumqayıt”ın baş məşqçisinə təşəkkür etmək lazımdı, o, komandanı doğru yöndə aparır. Gənc futbolçulara düzgün oynamağı öyrədir. Bu oyunda təcrübə sayəsində rəqibi üstələdik. 1:0 “sürüşkən” hesabdı, qol epizodlarından istifadə etməli idik. Oyunun sonlarına yaxın “Sumqayıt” hesabı bərabərləşdirə də bilərdi. Qarşıda çox oyun var, avrokuboklara düşmək qarşımızda duran minimal vəzifədir. Çempionluq haqqında isə həmişə düşünürük. “Qarabağ” bu il çox güclüdü, layiqli olaraq çempionatın lideridi. Lakin heç kim çempionun kimliyini indidən deyə bilməz. Baçana Tsxadadze artıq ikinci dəfə Gürcüstan millisinə çağrılır. Onun milli komandadakı oyunu haqqında fikir bildirməyim düzgün olmaz, bunu baş məşqçisi etməlidi. Milli komandaya faydalı olmasını arzulayıram”.
Fanat.az