Tsxadadze: "Özlərini göstərməyən oyunçuların yerinə..."

Tsxadadze: "Özlərini göstərməyən oyunçuların yerinə..."

"Bu cür oyunlarda, bu cür meydanlarda ilk növbədə futbolçuların qələbə istəyi, mübarizə əzmi ön plana çıxır. Bu göstəricilərdə rəqib bizi üstələdi". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis yetirmələrinə xəbərdarlıq edib: "Xəzər Lənkəran"ın 3 oyunda bir xalı var idi. Onlar üçün bu oyun dönüş etmək üçün sonuncu şans idi. Futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Təəssüf ki, ilk dəqiqələrdə sönük oyun oynadıq. Rəqib qələbə əzmi sayəsində qalib gəldi. Bir neçə yaxşı qol imkanı yaratdıq, lakin istifadə edə bilmədik. “Xəzər Lənkəran” isə yaratdığı yarımçıq qol epizodundan hesabı aça bildi. Bəzi oyunçularımız eyforiyaya qapılıb, liderliyi tam dərk edə bilməmişik. Bu mövsüm yaxşı heyət qurmuşuq, hər mövqeyə iki futbolçumuz var. Özlərini yaxşı tərəfdən göstərməyən oyunçuların yerinə başqalarına şans veriləcək”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər