Tsxadadze: "2 xalı itirdiyimizi düşünürəm"

Tsxadadze: "2 xalı itirdiyimizi düşünürəm"
Kaxaber Tsxadadze "Neftçi" ilə oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in gürcü baş məşqçisi komandasından razı qalıb:
"Maraqlı və sürətli oyun oldu. Azarkeşlərin bu oyundan zövq aldığını düşünürəm. Oyunu taktiki cəhətdən yaxşı qurmuşduq, rəqib topla yaxşı rəftar edir, onlara rahat oynamaq üçün boş sahə vermədik. “Neftçi” qol buraxdıqdan sonra toparlana bildi, bu da komandanın gücünü göstərir. Çox maraqlı çempionat gedir, son turlara kimi mübarizə davam edəcək. “Bakı” ilə oyuna kimi bərpa olunmaq üçün çox az vaxtımız var. Komandaya oyuna görə təşəkkür edirəm. Bu vəziyyətdə 2 xalı itirdiyimizi düşünürəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər