"Bu stadionda oyun hər zaman gərgin keçir. Bu gün də istisna təşkil etmədi. Qalib gəlsək də, komandadan qol vəziyyətlərini dəyərləndirə bilməməsinə görə çox narazı qaldım". Fanat.az xəbər verir ki, bu sözləri "Simurq"la oyundan (1:0) sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis Vaqif Cavadovun oynamamasının oyunlarına təsir etdiyini bildirib: "Psixoloji baxımdan bu matça hazır olmağımız qələbə qazanmağımızda xüsusi rol oynadı. İlk hissədə yaxşı oynadıq. Qələbə qazanmaq üçün irəli atıldıq. Ancaq son ötürmələr və zərbələrdə qeyri-dəqiqlik müşahidə olunurdu. Vaqif Cavadaovun da bu oyunda iştirak edə bilməməsi komandanın oyununa təsir etdi. Növbəti turlarda "Bakı", "Neftçi" və "Xəzər Lənkəran"a qarşı keçirəcəyimiz oyunlarda qazanacağımız nəticələr çox suala aydınlıq gətirəcək".
Fanat.az