Güncüstan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Temuri Ketsbaya İrlandiya ilə AVRO-2016-nın seçmə mərhələ matçına 23 futbolçu çağırıb.
Baş məşqçi "İnter"in hücumçusu Baçana Tsxadadzeyə dəvət göndərməyib. 26 yaşlı forvard Gürcüstanın son yoxlama matçına - iyulun 3-də keçirilən BƏƏ yığması ilə görüşə çağrılmış və son dəqiqələrdə meydana çıxmışdı.
Tsxadadzeni milliyə çağırmayan Temuri Ketsbaya "Qarabağ"ın keçmiş futbolçusu Nikolas Gelaşvilini (Flamurtari, Albaniya), "Simurq"un sabiq üzvləri Teymuraz Qonqadze və Qriqol Dolidzeyə (hər ikisi "Zestafoni") dəvət göndərib.
Fanat.az