“Tour of China”da son 2 mərhələ

“Tour of China”da son 2 mərhələ
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünün 3-cü mərhələsi də arxada qalıb. Fanat.az xəbər verir ki, 5 mərhələdən ibarət bu hissədə iştirakçılar 143 km məsafə qət ediblər.
“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticə Metyu Bremmierə məxsusdu - o, məsafəni 3 saat, 2 dəqiqə, 38 saniyəyə başa vurmaqla mərhələ qalibi adını qazanan Qazaxıstanın “Astana” kontinental komandasının üzvü Vadim Qalayevdən 25 saniyə geri qalmaqla 13-cü olub.
Ümumi təsnifatda “Synergy Baku” üzvlərindən Aleksandr Surutkoviç 9-cu, bir neçə gündən sonra İspaniyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək yığma komandamızın üzvü Elçin Əsədov 12-ci, Metyu Bremmier isə 16-cıdır. Komanda hesabında “Synergy Baku” 22 kollektiv arasında 8-ci mövqedə qərarlaşır. Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 138.8 km məsafə qət edəcəklər. 
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər