Tounkara rəhbərliyə nə deyəcək? - ÖZƏL

Tounkara rəhbərliyə nə deyəcək? - ÖZƏL

“Xəzər Lənkəran”ın uğurlu transferlərindən sayılan Sadio Tounkara komandadan getmək istəyir. Fanat.az-ın əldə etdiyi məlumata görə, Fransa və Belçika klublarından real təkliflər alan malili vinger Azərbaycanı tərk etməkdə maraqlıdı.

Son oyunlarda özümə bənzəməyən afrikalının zəif çıxışının səbəbini də elə fikrinin təkliflərin yanında qalması əlaqələndirməliyik. Özünü daha səviyyəli çempionatda sınamaq istəyini rəhbərliyə çatdırmağa hazırlaşan Sadionun gələcək taleyinin necə olacağını zaman göstərəcək.

Xatırladaq ki, futbolçunun “ağ-yaşıllar”la olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatmayacaq. Qaradərili daha 1 il lənkəranlılara məxsusdu.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər