Tounkara qayıtdı və başladı

Tounkara qayıtdı və başladı
Sadio Tounkaranın "Xəzər Lənkəran"a qayıdışı rəsmiləşib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Məlumatda bildirilir ki, şəxsi problemləri səbəbindən uzun müddətdi düşərgədə olmayan Tounkara komandaya qoşulub və fərdi şəkildə intensiv məşq edir.
"Xəzər Lənkəran" həmçinin bir neçə gün əvvəl komandadan kənarlaşdırılan Mbilla Etame ilə bağlı da rəsmi açıqlama yayıb. Kamerunlu futbolçunun müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulduğu açıqlanıb. Mbilla Türkiyənin "Samsunspor" klubuna keçib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər