“Tounkara gedib-getməyəcəyini təkbaşına müəyyənləşdirmir”

“Tounkara gedib-getməyəcəyini təkbaşına müəyyənləşdirmir”

“Sadio Tounkaranın başqa klublardan təklif alması mümkündü. Ancaq futbolçu müqavilə ilə kluba məxsusdusa, gedib-getməməsini təkbaşına müəyyənləşdirmir”. Bu sözləri Fanat.az-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi daha sonra əlavə edib: “Tounkaranın son vaxtlar arzulanan oyunu sərgiləmədiyini biz də bilirik. Ola bilsin zədədən sonra əvvəlki formasını yığa bilmir, ola bilsin hansısa təkliflər haqda düşünür. Onu deyə bilərəm ki, klubun futbolçunu harasa buraxmaq fikri yoxdu. “Xəzər Lənkəran”la olan müqaviləsinin müddəti 2015-ci ilin yanvarına qədərdi”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər