Milli oyunlara görə yaranan fasilədən yararlanan "Altınordu" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa klubu Super Liqada çıxış edən "Akhisar Bələdiyyəspor"la qarşılaşıb.
Oyun Akhisar təmsilçisinin 1:0 hesabı ilə yekunlaşıb. "Altınordu"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaş start heyətində yer alıb və 75-ci dəqiqədə əvəzlənib.
Fanat.az