TFF Rail Məlikovula Mbilla Etameni tanıdı

TFF Rail Məlikovula Mbilla Etameni tanıdı
Türkiyə Futbol Federasiyası Rail Məlikova lisenziya verib. Fanat.az xəbər verir ki, artıq futbolçumuzun adı TFF-nin rəsmi saytına yerləşdirilmiş "Dənizlispor"un sifariş ərizəsinə salınıb.
Railin lisenziya nömrəsi 15582-di. Futbolçumuzun müqaviləsi bu ilin 11 avqustunda başlayıb və 2015-ci ilin 31 mayında başa çatacaq.
Qeyd edək ki, "Dənizlispor" Raili qeydiyyatdan keçirə bilmədiyi üçün müdafiəçi ilk turun "Adana Dəmirspor"la oyununu buraxmışdı (1:1). Məlikov sentyabrın 14-də baş tutacaq "Bucaspor"la oyunda meydana çıxa biləcək.
Bu arada TFF "Samsunspor"un "Xəzər Lənkəran"dan transfer etdiyi Mbilla Etameyə də lisenziya verib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər