"Qarabağ"ın üzvü Tərlan Quliyev Azərbaycan milli komandasına dəvət olunub. Fanat.az xəbər verir ki, o, sentyabrın 5-dən etibarən millinin təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, millimiz AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə qarşılaşacaq. Tərlan dünən U-21-in heyətində İsrailə qarşı 90 dəqiqə oynayıb.
Fanat.az