İran çempionatında XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu turda "Fulad"ın (Xuzestan) qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təbriz klubundan Kərim Ansarifard 9-cu dəqiqədə hesabı açsa da, 33 və 73-cü dəqiqələrdə iki penalti təyin edən hakim "Traktorsazi"nin məğlubiyətinə səbəb olub.
Təbrizin digər təmsilçisi "Qostareş Fulad" isə evdə "Malavan"a eyni hesabla yenilib. Meydan sahiblərinin yeganə qoluna əlavə vaxtda penaltidən Mehrdad Bayrami imza atıb.
Qeyd edək ki, sona iki tur qalmış "Traktorsazi" 39 xalla 7-ci, "Qostareş Fulad" isə 32 xalla 9-cu pillədə qərarlaşıb. "Traktorsazi" fevralın 4-də dünən uduzduğu "Fulad"ı yenərək İran kubokuna sahib çıxıb və Asiya Çempionlar Liqasına vəsiqə qazanıb.
Fanat.az