Tayvan turunda uğurlu start

Tayvan turunda uğurlu start

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, 5 günlük yürüşün dünən keçirilən 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər.

“Synergy Baku” üzvlərinin hamısı finişi liderlə eyni vaxtda keçsələr də, fotofinişə əsasən Kristof Şvayzer 10-cu, Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov 12-ci, Yan Sokol 13-cü, Azərbaycanın Elit yığma komandasının şərəfini qoruyan Aqşin İsmayılov 28-ci, Markus Eybeger isə 45-ci olub.

Komanda üzvlərimizin bu nəticəsi “Synergy Baku”nun ümumi sıralanmada 20 kollektiv arasında 1-ci olmasına şərait yaradıb. Bu gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 152 km məsafə qət edəcəklər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər