Topaz Premyer Liqasının XXII turunda "Qəbələ" AZAL-ın qonağı olacaq. Fanat.az xəbər verir ki, bu tərəflər arasında 17-ci qarşılaşma olacaq.
İndiyədək baş tutan duellərdə "təyyarəçilər"in üstünlüyü var. Belə ki, AZAL 7, "Qəbələ" 4 qələbə qazanıb, 5 matçda qalib müəyyənləşməyib. Bakılıların 26 qoluna qəbələlilər 12 dəfə cavab verə bilib.
Cari mövsüm AZAL rəqibindən xal ala bilməyib. “Qəbələ” son 4 səfər matçında qapısından qol buraxıb. Tərəflər arasındakı oyunlarda ən böyük hesablı qələbəni AZAL qazanıb. Paytaxt klubu ötən ilin 3 martında Bakıda baş tutan oyunda "Qəbələ"ni 6:1 hesabı ilə yenib.
"Qəbələ" 2014-cü ildə keçirdiyi 3 oyunda 3 xal qazana bilib. "Sumqayıt"ı 3:0 hesabı ilə yenən Yuri Syominin yetirmələri ardınca "Qarabağ" (0:1) və "Xəzər Lənkəran"a uduzub (2:3). AZAL isə "Sumqayıt"dan 1 xal alıb (2:2), "İnter" (1:2) və "Qarabağ"a (1:2) uduzub.
04.11.2006 Gilan (Qəbələ) - Olimpik (Bakı) 0:3
03.05.2007 Olimpik (Bakı) - Gilan (Qəbələ) 3:1
02.09.2007 Qəbələ - Olimpik (Bakı) 0:1
15.03.2008 Olimpik (Bakı) - Qəbələ 2:0
18.10.2008 Olimpik (Bakı) - Qəbələ 1:0
12.04.2009 Qəbələ - Olimpik (Bakı) 1:1
17.10.2009 Qəbələ - Olimpik-Şüvəlan (Bakı) 2:1
02.02.2010 Olimpik-Şüvəlan (Bakı) - Qəbələ 0:2
23.10.2010 Qəbələ - AZAL (Bakı) 0:0
19.12.2010 AZAL (Bakı) - Qəbələ 2:2
19.08.2011 Qəbələ - AZAL (Bakı) 1:1
05.11.2011 AZAL (Bakı) - Qəbələ 3:0
29.09.2012 Qəbələ - AZAL (Bakı) 0:0
03.03.2013 AZAL (Bakı) - Qəbələ 6:1
15.09.2013 AZAL (Bakı) - Qəbələ 1:2
22.11.2013 Qəbələ - AZAL (Bakı) 1:0
Fanat.az