Syomin mətbuatdan şikayətləndi, hörmətsizlik etdi

Syomin mətbuatdan şikayətləndi, hörmətsizlik etdi
Yuri Syomin "Qarabağ"la oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi hakimlərdən narazılıq edib:
"İki fərqli hissə izlədik. Hava şəraiti oynamaq üçün uyğun deyildi. İlk hissədə bərabər oyun getdi, ikinci hissənin əvvəlində isə buraxdığımız qol oyunumuza təsir etdi. Hakimlər Komitəsindən ikinci qolun necə vurulmasına baxmalarını xahiş edirəm. Yəqin ki, hərəkətdə olan topla oyunu başlamaq və oyundankənar vəziyyətdən qol vurmaq olmaz. Buna görə də oyunun hakimlərinə iradım var. Xüsusi ilə də yan xətt hakimlərindən narazıyam. Qarşıda, demək olar ki, bütün dövrə var, ölkə kubokunda yarımfinaldayıq. Hələ heç nə məlum deyil. May ayında mövsümə yekun vurulanda danışacağıq. “Qəbələ” hal-hazırda KİV-də çox müzakirə olunur. Hamı yalnız neqativ halları axtarır. Haqqımızda olmayan şeyləri yazırlar. Guya rəhbərlik mənə dəstək olmur. Rəhbərlik mənə tam dəstək verir. Təbii ki, bugünkü nəticə heç kimi qane edə bilməz. Əminəm ki, bunun öhdəsindən gələcəyik. Vəziyyətimiz çətin ola bilər, lakin bunun öhdəsindən gələcəyik. Komandada futbolçular arasında yaxşı münasibət var, heç bir problem yoxdur. Bəzən qeyri-obyektiv yazılar getdiyi üçün mətbuatla ünsiyyəyə qadağa qoyuruq. Ondansa “Qəbələ”nin oyunlarındakı hakimlikdən yazın".
Qeyd edək ki, Syomin mətbuat konfransını yarımçıq tərk edərək, jurnalistlərə hörmətsizlik edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər