"Formula 1"in əfsanəvi pilotu Mixael Şumaxerdən 95 gündən sonra şad xəbər gəlib. Fanat.az xəbər verir ki, uzun illər alman pilotun meneceri olmuş Sabine Kehm "Bild" qəzetinə açıqlama verib.
Ətraflı danışmayan menecer "Bu gün onu deyə bilərəm ki, bizi ümidləndirən işarələr var" deməklə kifayətlənib.
Qeyd edək ki, Şumaxer 95 gün əvvəl Alpr dağlarında xizək sürərkən yıxılmış və komaya düşmüşdü.
Fanat.az