Türkiyənin PTT 1-ci liqasında IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branmir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Adanaspor"un qonağı olub.
İlk 8 dəqiqədə iki qol vuran Manisa klubu üstünlüyünü qoruya bilməyib. "Adanaspor" 3 qol vuraraq qələbə qazanıb - 3:2. Subaşiç startı heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Manisaspor" 4 oyunda 3 xal qazanıb və 14-cü pillədə qərarlaşıb.
Fanat.az