Türkiyənin PTT 1-ci liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Antalyaspor"u qəbul edib.
Oyun 3:3 hesabı ilə başa çatıb. Hesabı 5-ci dəqiqədə Subaşiç açıb. Bundan sonra "Antalyaspor" 3 qol vursa da, "Manisaspor" bərabərliyi təmin edə bilib.
Qeyd edək ki, bu Subaşiçin "Manisaspor"un heyətində rəsmi oyunlarda vurduğu ilk qol olub.
Fanat.az