Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Çorum Bələdiyyəspor"u qəbul edib.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib. "Manisaspor" 4:3 hesablı (ümumi hesab - 6:5) qələbə qazanaraq mərhələ adlayıb.
PTT 1-ci liqanın hər üç oyununda start heyətində yer alan Subaşiç bu dəfə ehtiyatda qalıb. Baş məşqçi Tahir Karapınar onu 77-ci dəqiqə Oğuzhan Kayarın yerinə meydana buraxıb. Millimizin sabiq üzvü penalti seriyasında topu qapıdan keçirə bilməyib.
Fanat.az