Subaşiç oynadı, Ufukla Davud istirahət etdi

Subaşiç oynadı, Ufukla Davud istirahət etdi

Türkiyənin PTT 1-ci liqasında XXXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "1461 Trabzon"u qəbul edib. 

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Ötən tur sarı vərəqə limiti üzündən oynamayan Subaşiç bu dəfə start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.

Ufuk Budakın forma geyindiyi "Qaziantep BB" "Karşıyaka"nın qonağı olub. Oyun Qaziantep klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk yenə də "18-lik"dən kənarda qalıb.

Davud Kəriminin çıxış etdiyi "Fəthiyəspor" isə "Tavşanlı Linyitspor"un qonağı olub və 1:2 hesabı ilə uduzub. Davud yenə "18-lik"də yer almayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər