Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branmir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Kayserispor"u qəbul edib.
Oyun Manisa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, ilk iki turda böyük hesabla yenilən "Manisaspor" 3 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az