Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "Manisaspor"un qonağı olub.
Ordu təmsilçisi səfər matçında 2:1 hesablı qələbə qazanıb. "Orduspor"un baş məşqçisi Erkan Sözeri Subaşiçi start heyətində meydana buraxıb. Hücumçu 55-ci dəqiqədə yerini Aleksandru İonitaya verib.
Qeyd edək ki, "Orduspor" 23 oyundan sonra 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az