Stamenkoviç, Tyaqo və Benqaya eyni cəza

Stamenkoviç, Tyaqo və Benqaya eyni cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Xəzər Lənkəran"la oyunun 40-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə edilib. Matçın 90+3-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan "Xəzər Lənkəran"ın oyunçusu Tyeqonun da cəzası eyni olub - 1 oyun, 200 mnat.

"Simurq"la matçın 86-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan “Qəbələ”nin futbolçusu Aleksandru Benqa da 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib. “Simurq” isə azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün 2000 manat cərimə ödəyəcək.

Bundan başqa "Neftçi" və "Qəbələ" 4, "Simurq" 5 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimə edilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər