AÇ-2016-nın seçmə mərhələsinin püşkatma mərasimi fevralın 23-də baş tutacaq. Bir sıra milli komandalar isə indidən özləri üçün ideal qrupu müəyyənləşdirib. Fanat.az xəbərverirki, Şotlandiya yığmasının sabiq hücumçusu Kevin Qallaher arzularının qrupundan danışıb.
İngiltərədə “Blekbern” və “Nyukasl” kimi klublarda da top qovan Kevin həmyerliləri üçün ideal qrupu bəyan edib: “Arzuladığım qrupda Bosniya və Hersoqovina, Macarıstan, İsrail, Azərbaycan və Cəbəllütariqin yer almasını istəyirəm”.
O, 5-ci səbətdən çıxacaq Azərbaycanla görüşmək istəyinin səbəbini də izah edib: “DÇ-2014-ün seçmə mərhələsinin pley-offuna qədər irəliləyən İslandiya 5-ci səbətin ən güclüsüdü. Onlar indi yüksəlişdədi. Çoxlarının tanımadığı gənc oyunçular əksər rəqiblərə problem yarada bilər. Azərbaycan isə 5-ci səbətdə hamıdan zəif təsiri bağışlayır. Düzdü, belə uzaq səfər problemlər yaratsa da, buna dəyər”.
Qeyd edək ki, Şotlandiya yığması indiyədək heç vaxt millimizlə qarşılaşmayıb. Amma yığmamızın çalışdırıcısı Berti Foqts britaniyalıları çalışdırırb.
Fanat.az