Georgi Hacinin oğlu İanisdən atasının yolunu davam etdirərək futbolla məşğul olur. 15 yaşlı kiçik Haci atasının sahibi olduğu "Vitorul" klubunda çıxış edir. Rumıniyanın U-17 yığmasında kapitan sarğısını daşıyan gənc istedad ölkə mətbuatına müsahibəsində maraqlı açıqlamalar verib.
Kiçik Haci Avropanın böyük klublarında oynamağı xəyal etdiyini bildirib: "Hər gecə yatağıma girəndə Avropanın böyük klublarından birində oynamağın xəyalını qururam. Gələcəkdə nələrin olacağını bilmirəm, amma ümid edirəm ki, yüksək səviyyəli klublardan birində oynayacam".
İanis kompyuterinin olmadığını deyib: "Məktəbə gedirəm, sonra məşq edirəm. Axşam dərslərimi həll hazırlayıram. Nə kompyuterim var, nə də nootbukum. Sadəcə bir telefonum var. Mənim yaşımda olanda ailəmin də sadəcə telefonu olub. Bilirəm ki, bu bir qədər qəribədi. Amma mən bütün diqqətimi futbola yönəltmək istəyirəm".
Fanat.az