Soçi olimpiadasında tarixi hadisə

Soçi olimpiadasında tarixi hadisə

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyi növü üzrə yarışlarda tarixi hadisə baş verib. Fanat.az xəbər verir ki, qadınların sürətli enişinin yekununda birinci yeri iki idmançı tutub.

 

Sloveniyalı Tina Maze və isveçrəli Dominik Gizin finişə eyni vaxtda - 1 dəqiqə 41,57 saniyəyə çatıb. Bununla da hər 2 idmançı qızıl medala layiq görülüb.

 

Bu hal olimpiadalar tarixində dağ xizəkçiliyi növündə ilk dəfə baş verib. Əvvəllər 2002-ci il Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında da 2 qalib olub. Daha bir maraqlı məqam isə Gizinin 5 il öncə Dünya Kubokunun mərhələ yarışında da qızıl medalı isveçli Anya Personla bölüşdürməsi olub - 1:47,52.

 

Qeyd edək ki, dağ xizəkçiliyinin sürətli eniş növündə idmançının sürəti hətta saatda 140 km-ə də çatır, uçuşun uzunluğu isə 40 - 50 metr olur. 

Lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər