Soçi-2014: daha bir uğursuzluq

Soçi-2014: daha bir uğursuzluq
Soçi Olimpiadasında dağ xizəyi üzrə qadın idmançıların mübarizəsində Azərbaycanı təmsil edən Qaya Bassani Antivari yarışla vidalaşıb. Fanat.az xəbər verir ki, ilk yürüşə 88 idmançı arasında 79-cu başlamalı olan milliləşdirilmiş legionerimiz yenə start xəttinə çıxmayıb.
Belə ki, ikinci dəfə Olimpiadada ölkəmizin şərəfini qoruyan Antivari nəhəng slalomda olduğu kimi slalomda da mübarizə aparmayıb. Gücünü bu yarışa saxlayan idmançının bir gün öncə məşqdə zədələndiyi bildirilir. Nəticədə Qaya Soçidən turist kimi qayıdacaq.
Qeyd edək ki, 4 il əvvəl nəhəng slalomda 57-ci olan Qaya slalomda yarışı başa vurmamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər