Azərbaycan 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında çıxışını başa vurub. Fanat.az xəbər verir ki, bu gün sonuncu təmsilçimiz mübarizəyə Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında bacarığını nümayiş etdirib.
117 idmançının qatıldığı mübarizədə 65-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstraliyalı legioner finişə çata bilməyib.
Qeyd edək ki, Patrik Braxner daha öncə nəhəng slalom yarışında 53-cü yeri tutub. Qadın dağ xizəkçimiz Qaya Bassani Antivari nə slalom, nə də nəhəng slalomda mübarizə aparıb. Fiqurlu konkisürənlərdən ibarət Yuliya Zlobina - Aleksey Sitnikov dueti isə 12-ci yeri tutub.
Fanat.az