SOCAR vahid lider oldu, "Odlar Yurdu" uddu

SOCAR vahid lider oldu, "Odlar Yurdu" uddu
İspaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında davam edir. Fanat.az xəbər verir ki, dünən IV turun görüşləri keçirilib.
İlk 3 görüşdə qələbə qazanan SOCAR yenə xal itirməyib. Çexiyanın “Novi Bor” klubunu sınağa çəkən Bakı təmsilçisi 3,5:1,5 hesablı qələbə qazanaraq vahid lider olub.
“Odlar Yurdu” isə İspaniyanın “Qros Xake Taldea” klubu ilə qarşılaşıb. Bu klubumuz da turu qələbə ilə başa vurub - 4:2.
Qeyd edək ki, aktivində 8 xal olan SOCAR turnir cədvəlinin vahid liderdiöi "Odlar Yurdu" isə 4 turda 7 xal qazanıb.
SOCAR (Azərbaycan) - Novi Bor (Çexiya) 3,5:1,5
Şəhriyar Məmmədyarov - Radoslav Voytaşek 0,5:0,5
Veselin Topalov - David Navara 1:0
Maykl Adams - Pentala Harikrişna 0,5:0,5
Aniş Qiri - Viktor Lazniçka 1:0
Teymur Rəcəbov - Krişnan Saşikiran 1:0
Van Hao - Mateuş Bartel 0:1
 
Qros Xake Taldea (İspaniya) - Odlar Yurdu (Azərbaycan) 2:4
Arkadi Naydiç - Emil Sutovski (2632) - 0:1
Lyuk Van Veli - Vasif Durarbeyli (2614) - 1:0
Alexandro Alonso - Rauf Məmmədov (2660) - 0:1
Santyaqo Qonsales - Ulvi Bacarani (2483) - 0,5 - 0,5
İniqo Riveyro - Nicat Abasov (2527) - 0,5 - 0,5
İniqo Martin - Nicat Məmmədov (2624) - 0:1
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər