SOCAR erkən çempion oldu

SOCAR erkən çempion oldu

İspaniyanın Bilbao şəhərində şahmat üzə keçirilən klublararası Avropa çempionatı davai edir. Fanat.az xəbər verir ki, ötən gün VI turun oyunları baş tutub.

SOCAR Rusiyanın "Malaxit" klubu ilə qarşılaşıb. 5:1 hesablı qələbə qazanan komandamız ən yaxın rəqibi ilə 4 xallıq fərql yaradaraq son turu gözləmədən çempionluğunu elan edib. 

"Odlar Yurdu" isə Rusiyanın “Nadya” klubunu sınağa çəkib. Görüş heç-heçə başa çatıb və tərəflər hərəyə bir xal qazanıb - 3:3. "Odlar Yurdu"nun aktivində 7 xal var.

 

Malaxit (Rusiya) - SOCAR (Azərbaycan) 1:4

Sergey Karyakin - Şəhriyar Məmmədyərov 0:1

Aleksandr Qrişuk - Veselin Topalov 0,5:0,5

Aleksey Şirov - Maykl Adams 0:1

Vladimir Malaxov - Aniş Qiri 0:1

İqor Lısıy - Teymur Rəcəbov 0,5:0,5

Viktor Boloqan - Van Hao 0:1

 

Odlar Yurdu (Azərbaycan) - Ladya (Rusiya) 3:3

Vasif Durarbəyli - Qata Kamski 1:0

Rauf Məmmədov - Artyom Timofeyev 0,5:0,5

Ülvi Bacarani - İldar İbrahimov 0,5:0,5

Qədir Hüseynov - Rail Mahmutov 0:1

Nicat Abasov - Ramil Sadıkov 0,5:0,5

Nicat Məmmədov - Ramil Faizrəhmanov 0,5:0,5

Turnir cədvəli: SOCAR (Azərbaycan) – 12. Novı Bor (Çexiya), Naşa Naslediye (Rusiya) - 10. Malaxit (Rusiya) – 9. Minsk (Belarus), Haqinn (İslandiya) – 8. Ladya (Rusiya), Odlar Yurdu – 7.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər