Premyer Liqanın XXI turunda "Xəzər Lənkəran" "Bakı"nı qəbul edir. Fanat.az xəbər verir ki, Lənkəran klubunun cəzalı olduğu deyilən futbolçusu Manuel Skarlatake start heyətində meydana çıxmasıdı.
Buna səbəb rumın futbolçunun bir sarı vərəqəsinin ləğ olunmasıdı. Belə ki, 3-cü turda "Qarabağ"la keçirilən oyunun 60-cı dəqiqəsində Rəhim Həsənov Skarlatakeyə qeyri-idman hərəkətinə görə sarı vərəqə göstərmişdi. Lakin İntizam Komitəsi matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyini aşkarlayıb. Bu səbəbdən Skarlatakeyə göstərilmiş sarı vərəqə ləğv olunub.
Qeyd edək ki, rumın futbolçunun aktivində hazırda 3 sarı var. O, 2-ci turun "Simurq" (22-ci dəqiqə, qeyri-idman hərəkəti), 4-cü turun "Neftçi" (21-ci dəqiqə, qeyri-idman hərəkəti) və 21-ci turun "Qəbələ" (78-ci dəqiqə, qeyri-idman hərəkəti) ilə oyunlarında cəzalanıb.
Fanat.az