Bu gün Bakıda şahmat Qran-Prisinin ilk mərhələsi start götürür. Fanat.az xəbər verir ki, birinci turda iki azərbaycanlı qrossmeyster - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gələcəklər.
Turnirin reytinq-favoriti olan Fabiano Karauna Sergey Karyakinlə qüvvəsini sınayacaq.
I tur
Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov
Lenyer Dominges (Kuba) - Rüstəm Qasımcanov (Özbəkistan)
Yevgeni Tomaşevski (Rusiya) - Aleksandr Qrişşuk (Rusiya)
Sergey Karyakin (Rusiya) - Fabiano Karauna (İtaliya)
Boris Gelfand (İsrail) - Dmitri Andreykin (Rusiya)
Hikaru Nakamura (ABŞ) - Pyotr Svidler (Rusiya)
Fanat.az