"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "İnter"lə oyun öncəsi fikirərini bölüşüb. Fanat.az xəbər verir ki, əlcək sahibi matçdan əvvəl özünəinam hiss etdirib.
Şehiş İtaliyada baş tutacaq qarşılaşmada itiriləsi heç nəyin olmadığını bildirib: "Bu kollektivə qarşı oynamaq özü bir mükafatdı. Gələcəkdə belə şansı bir daha yaxalayacağımıza ümid etmək çətindi. Biz yaxşı komandayıq, fərdi ustalıqları ilə seçilən əla futbolçularımız var. "San-Siro"da öz gücümüzü sübut etməyə çalışacağıq".
Qeyd ed edək ki, "İnter" - "Qarabağ" görüşü cümə axşamından cüməyə keçən gecə, Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
Fanat.az