Türkiyənin PTT 1-ci liqasında XXI tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" liderlər qrupunda qərarlaşmış "Balıkesirspor"u qəbul edib.
Oyun Dənizli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Saşa Yunisoğlu 90-cı dəqiqədə Mirlan Murzayevi əvəzləyib.
Qeyd edək ki, "Dənizlispor" 21 turdan sonra 22 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az