“Sarı-qırmızlar”ın “sarı”, “qırmızı” hərisliyi - bu qəribə təsadüfdü

“Sarı-qırmızlar”ın “sarı”, “qırmızı” hərisliyi - bu qəribə təsadüfdü

Futbolda vərəqələr olmasa, yəqin ki, hər matçda 4-5 oyunçu xəstəxanaya yollanar. Fanat.az-ın hesablamalarına görə, geridə qalan 29 turda Premyer Liqa oyunlarını idarə edən hakimlərimiz 711 sarı, 48 qırmızı vərəqə göstərib.

Meydan sahibləri 360 xəbərdarlıq alıb 23 dəfə paltardəyişmə otağına vaxtından əvvəl göndərilibsə, qonaqlar özünü daha aqressiv aparıb. Referilərin rəqib meydanında oynayanlara 25 “qırmızı”, 351 “sarı” verməsi faktdı.

 

Ən çox cəzalandırılan komanda “Rəvan”dı. 98 “sarı” görən “sarı-qırmızılar” 8 dəfə radikal addımla üzləşib. Vərəqələrin rəngini formasında əks etdirən bakılıların “kart”a olan hərisliyi özlüyündə maraqlı gerçəklikdi. Elitanın ən intizamlısı isə turnir cədvəlinin lideri “Qarabağ”dı. Qurban Qurbanovun yetirmələri cari mövsümdə “qırmızı” almayıb. Göstəricilərlə tanış olun:

 

Rəvan               98(8)

AZAL               90(6)

Neftçi                77(10)

Qəbələ               74(4)

Sumqayıt           71(8)

Bakı                   68(5)

İnter                   67(1)

Simurq               64(4)

Xəzər Lənkəran 49(2)

Qarabağ              53

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər