"2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidi. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclasında AVRO-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Abdullayev AFFA-nın rəsmi saytına açıqlamasında bu qərara münasibət bildirib: "Bakı şəhərinin Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədi, hər birimizin uğurudu və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidi. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".
Fanat.az