"Rusiya ilə oyun yoxlama xarakteri daşıyırdı. Yığmamız meydana əsas heyətlə çıxmamışdı". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Rusiyaya 0:4 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirən AFFA başçısı bu oyunun Bolqarıstan matçından əvvəl yaxşı sınaq olduğunu bildirib: "Rusiya güclü komandadı. Futbolçuları belə rəqiblə oyunda sınamaq Bolqarıstanla rəsmi matçdan öncə müsbət haldı. Komandamız gücünü Bolqarıstanla oyunda göstərməlidi".
Fanat.az