Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandası ilə görüş keçirib. Fanat.az xəbər verir ki, AFFA-nın prezidenti sentyabrın 9-da Avro-2016-nın seçmə mərhələsində ilk oyununu keçirəcək millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edib.
Qeyd edək ki, sentyabrın 9-da, saat 21.00-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə AVRO-2016-nın seçmə oyununu keçirəcək Azərbaycan millisi sentyabrın 5-dən etibarən Bakıda təlim-məşq toplanışındadı.
Fanat.az