"İnter" Premyer Liqanın XXII turunda itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Kaxaber Tsxadadze Ruslan Əmircanovun xidmətindən məhrum olub.
Müdafifəçi cəzalı duruma düşüb. Belə ki, "Neftçi" ilə oyunun 44-cü dəqiqəsində fitdən sonra topa zərbə vurduğuna görə cəzalanan Əmircanov sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XXIII turun "Bakı" ilə oyununu buraxacaq.
Qeyd edək ki, Ruslan bundan əvvəl III-un AZAL, XIV turun "Neftçi" və XV turun "Rəvan" oyunlarda sarı vərəqə almışdı.
Fanat.az