Ruslan Əmircanov nə vaxt sağalacaq?

Ruslan Əmircanov nə vaxt sağalacaq?
Ruslan Əmircanovun zədələnməsi barədə xəbər vermişdik. Milli komandanın Frankfurt toplanışına qatılan və məşqdə zədələnən "Qəbələ"nin üzvü bu səbəbdən Bakıya qayıdıb. O, yığmanın İtaliya və Xorvatiya matçlarını buraxmalı olacaq.
Fanat.az xəbər verir ki, Əmircanov artıq Bakıda tibbi müayinədən keçib. Həkimlər ona "mensk" diaqnozu qoyub. Ruslan təxminən 10 gün müalicə olunacaq. Onun Premyer Liqanın VIII turunda "Qarabağ"la keçiriləcək oyunda meydana çıxması mümkündü. Bu qarşılaşma oktyabrın 17-də keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər