Ruslan Abışovun forma geyindiyi "Rubin"in stadionunda azarkeşlər üçün sərt qayda tətbiq olunacaq. Fanat.az xəbər verir ki, bununla bağlı qaydalara əlavələr edilib.
Azarkeşlərin stadionda davranış qaydaları sərtləşdirilib. Fanatlar arenaya banner, bayraq, baraban və meqafon gətirmək üçün mütləq klubun razılığını almalıdılar:
1. Stadiona baraban və ya meqafon gətirmək üçün 20 nəfərdən az olmayan qrup adından kluba yazılı məlumat verilməlidi. Məlumatda məsuliyyəti üzərinə götürən şəxsin ad-soyad və koordinatları göstərilməlidi.
2. Bayraq və bannerlərin yanğınəleyhinə təhlükəsizlik sertifikatı olmalıdı.
3. Bannerlərdə yazılar əcnəbi dildə olarsa, yanında mütləq klubun təsdiqlədiyi tərcüməsi yazılmalıdı.
4. Bütün bayraq və bannerlər oyuna iki gün qalmışadək klubda qeydiyyatdan keçirilməlidi.
5. Bütün təşkilatlandırılmış aksiyalar klubla razılaşdırılmalıdı.
Fanat.az