Ruslan Abışovun çıxış etdiyi "Rubin" hücum xəttini gücləndirmək üçün türk ulduza elçi düşüb. Fanat.az xəbər verir ki, Kazan təmsilçisi "Qalatasaray"ın və Türkiyə millisinin forvardı Burak Yılmazı istəyir.
"Rubin"in "Qalatasaray"a bu transfer üçün 8 milyon avro təklif etdiyi deyilir. Burak özü isə Kazan klubunda ildə 3 milyon avro qazana bilər.
Fanat.az